Üzümun tərkibində olan şəkər, qlükoza və fruktoza əzələ sistemi, xüsusilə ürək əzələsi üçün ən qiymətli qida maddəsidir. Qlükoza insan orqanizmində toxumaların oksigeni mənimsəməsini yüksəldir və bakteriyaları məhv etmək qabiliyyətinə malikdir. Bir cox yoluxucu xəstəliklərin əmələ gəlməsinin qarşısını alır. Üzümun tərkibində olan dəmir qida əmələ gətirən orqanların fəaliyyətinə və oksidləşmə prosesinə yaxşı təsir göstərir.
Üzüm bağırsaqda və qaraciyərdə toplanan zəhərli maddələri zərərsizləşdirir, qanda sidik cövhərini azaldır və orqanizmdə duzların toplanmasına mane olur. Üzüm suyu «Borjomi» və qələvi xüsusiyyətli mədən sularından geri qalmır, hətta onlardan bir qədər ustun sayılır. Üzüm və üzüm şirəsinin uşaqların qidasında əhəmiyyəti böyükdür. Üzüm şirəsi bəlğəmgətirici təsirə malikdir. Ondan tənəffüs yolları xəstəliklərində də geniş istifadə edilir.
Üzümün təkcə meyvəsi deyil, yarpağı, zoğu, tumu da qida kimi istifadə olunur.
Üzümün maraqlı xüsusiyyətlərindən biri də odur ki, qurudulduqdan sonra qida dəyərinin artmasıdır.
Üzüm qanın turşuluğunu azaldır, onu saflaşdırır.
Çox az halda üzüm yeyənlər xərçəng xəstəliyinə tutulur.
Şirəsi çox faydalıdır, tərkibindəki şəkər qana tez sorulur. Şirəsini içməklə bədəndəki zəhərli və zərərli maddələri çıxarmaq mümkündür.
Qan azlığı, qanın yağlılığının çoxluğu, ürək xəstəlikləri və zəiflik hallarında üzüm faydalı sayılır.
Sidikovucu, öd ifrazını tənzimləyən, həzmə kömək edən, mədə qıcqırmasının qarşısını alan, böyrək və sidik kisəsində daşlanmanın qarşısını almaq xüsusiyyətləri də var.
Qan damar xəstəlikləri, qan təzyiqi olanlara üzüm yemək məsləhətdir.
Hamilə qadınlar sağlam körpə dünyaya gətirmək üçün bolluca üzüm yeməlidirlər.
Üzüm rəngi yaxşılaşdırır, dərini saflaşdırır.
Üzüm və tumu güclü antioksidantdır.
Üzümü tumlu yemək insana arıqladıcı, tumsuz yemək isə kökəldici təsir edir.
- Tumu çox güclü bir antiokasidandır.
- Yaşlanma təsirlərini azaldır.
- Dəriyə yaxşı təsir edir. Bu səbəblə bu gün bazarda olan bir çox kremin tərkibində üzüm var.
- Beyin hüceyrələrini bəsləyir.
- Xərçəngin meydana gəlməsinin qarışısını alır.
- Böyrək və bağırsaqların işini asanlaşdırır.
- İnfarkt riskini azaldır.
- Tərkibindəki yüksək kalium, şişazaldıcı xüsusiyyətindən dolayı, yüksək təzyiqin salınmasında köməkçidir.
- Üzümün içindəki antioksidanlar, revmatizmin meydana gəlməsində böyük rol oynayan fermentləri neytrallaşdırır.
Təbabətdə üzümün yarpağından mədəni qüvvətləndirmək və xroniki ishala qarşı istifadə edirlər. 25 qr yarpağı 1 litr suda dəmləyərək ishal və sarılıq zamanı işlədirlər. Ondan düzələn təpitmə ya kompress şiş və yaralar üçün faydalıdır. Böyrək və sidik kisəsində daş olanlar həmin mayedən səhərlər ac qarnına 1x.q içə bilərlər.
Arıqlamaq üçün üzüm abqorası faydalıdır. Hər səhər 1 st suya 1 ç.q abqora əalvə edilib içilir. Bədəni soyuq və mədəsində problemi olan adamlara məsləhət deyil.
Üzümü zeytun yağında bişirib süzərək dəriyə sürtlür: dəriyə yumşaqlıq və təravət verir.
Həmçinin üzümün tumlarını yığıb üzərinə zeytun yağı tökərək, orqanizmə faydalı yağ hazırlamaq olar.