Qadin.NET / Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 58 yeni yoluxma

Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 58 yeni yoluxma

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 58 yeni yoluxma faktı qeydə alınıb, 102 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış iki nəfər vəfat edib.
Aktiv xəstə sayı 1702 nəfərdir.
Ölkədə son sutka ərzində 5496, hazırkı dövrədək isə 1110279 test aparılıb.

29 sentyabr 2020
GO BACK