“27 sentyabrda Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı təcavüzə əl atıblar. Davam edən döyüşlər nəticəsində 10 mülki şəxs həlak olub”.
Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Xarici İşlər Nazirliyində keçirilən brifinqdə XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.
Onun sözlərinə görə, 30 nəfər yaralanıb:
“Ölən və yaralananlar arasında yeniyetmələr var”.
L.Abdullayeva bildirib ki, Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq, Azərbaycana qarşı növbəti təcavüzə atıb:
“Azərbaycanın Tərtər, Ağdam, Goranboy, Naftalan rayonları Ermənistan tərəfindən artilleriya atəşinə məruz qalıb. Ermənistan Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozaraq, mülki əhalini və mülki infrastrukturu bilərək nişan alır və atəş açır”.