Qadin.NET / Rusiyada həbsxanalarda cəzaçəkmə qaydaları dəyişdirilib

Rusiyada həbsxanalarda cəzaçəkmə qaydaları dəyişdirilib

Rusiyada həbsxanalarda və digər azadlıqdan məhrumetmə müəssisələrində cəzaçəkmə qaydaları dəyişdirilib.
Qadin.Net bildirir ki, bu barədə “RİA Novosti” xəbər yayıb.
Belə ki, məhkumun evinin və ya yaxın qohumlarının yaşadığı yerin yaxınlığındakı islah müəssisəsinə köçürülməsinə icazə verən qanun qüvvəyə minib. Yeni qaydalar icbari əməyə məhkum olunanlara da şamil ediləcək.
Məhkumun köçürülməsi qərarı Rusiya Federal Penitensiar Xidməti tərəfindən şəxsin yazılı ifadəsi və ya yaxınlarından birinin müraciəti əsasında veriləcək.

30 sentyabr 2020
GO BACK