Böyük Britaniyada koronavirus infeksiyasına yoluxma hallarının artması səbəbi ilə krallığın şimal-şərq bölgəsində yaşayan əhalinin bir-birinin evinə qonaq getməsi qadağan edilib.
Qadin.Net “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Səhiyyə naziri Matt Hankok açıqlama ilə çıxış edib.
Artıq bir həftədir Böyük Britaniyada COVID-19 infeksiyasına yoluxma halları kəskin artıb, hökumət ölkə ərazisində pandemiyanın ikinci dalğasının olduğunu etiraf edib.
Son rəqəmlərə əsasən, Böyük Britaniyada 439 013 şəxsin koronavirusa yoluxduğu aşkar edilib, 42 mindən çox xəstə pandemiyanın qurbanı olub.