Qadin.NET / Xarici hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndələri cəbhə barədə məlumatlandırıldı

Xarici hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndələri cəbhə barədə məlumatlandırıldı

Sentyabrın 28-də Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələrinə Ermənistanın Azərbaycana qarşı təcavüzü, cəbhə xəttində yaranmış vəziyyət, qoşunlarımızın əks-tədbirləri və yaranmış əməliyyat şəraiti haqqında məlumat verilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nümayəndələrə düşmənin itkiləri, azad edilmiş ərazilər və yüksəkliklər, o cümlədən, düşmənin təxribatları və dezinformasiya fəaliyyətləri haqqında ətraflı məlumat verilib.

28 sentyabr 2020
GO BACK