Qadin.NET / COVID-19-un zəhərlənmə kimi müalicəsi təklif olundu

COVID-19-un zəhərlənmə kimi müalicəsi təklif olundu

Simptomların bənzərliyinə görə COVID-19 qanda sərbəst dəmir səviyyəsinin artmasına səbəb olan zəhərlənmə kimi müalicə edilməlidir.
Qadin.Net bildirir ki, "İzvestiya"yaya istinadla xəbər verir ki, Rusiyanın İ.Canelidze adına Elmi Tədqiqat İnstitutunun Təcili Tibbi Yardım xəstəxanası mütəxəssisləri belə bir təkliflə çıxış ediblər. Onlar öz iddialarında Çinin Siçuan Elm və Texnologiya Universitetinin, həmçinin İbin Universitetinin fərziyyəsinə əsaslanıblar.

Alimlər bildirir ki, COVID-19 zamanı eritrositlərin dağılması və ya dəmirin səviyyəsinin artması ilə bağlı məlumat yoxdur. Ancaq bu, mövcud klinik və laborator əlamətlərdən istifadə etməklə aşkar oluna bilər.

“Əgər bu, təsdiqini tapsa, COVID-19-u bədəni sərbəst dəmirdən təmizləmək üsulları ilə də müalicə etmək mümkün olar”, - deyə o, bildirib.

28 sentyabr 2020
GO BACK