ABŞ-ın Florida ştatının rəsmiləri koronavirusa qarşı tətbiq edilmiş bütün məhdudiyyətlərin aradan qaldırılması haqqında qərar qəbul ediblər.
Qadin.Net bildirir ki, bu barədə “The Hill” məlumat yayıb.
“Ştat tərəfindən qoyulmuş heç bir məhdudiyyət qüvvədə olmayacaq”, - Florida ştatının qubernatoru Ron Desantis bildirib.
Qubernator həmçinin hakimiyyətin yoluxma hallarındakı mümkün artıma hazır olduğunu qeyd edib.
Qadağaların aradan qaldırılması ilk növbədə pandemiya dövründə bir neçə dəfə açılıb-bağlanan bar və restoranlara aiddir.
Bununla yanaşı, R.Desantis futbol klublarını öz azarkeşlərini stadionlara buraxmağa çağırıb.
Qubernator koronavirusun hələ də böyük problem olaraq qaldığını, lakin ştatın infeksiyaya nəzarət üçün öz “alətləri” olduğunu vurğulayıb.