Qadin.NET / Koronavirusa qarşı ömürlük immunitet qazanmaq olar?

Koronavirusa qarşı ömürlük immunitet qazanmaq olar?

 Rusiyanın “Vektor” Dövlət Virusologiya və Biotexnologiya Elmi Mərkəzinin direktoru Rinat Maksudov bildirib ki, koronavirusa qarşı ömürlük immunitet formalaşa bilər.
Qadin.Net bildirir ki, bu barədə “Rossiya 1” məlumat yayıb.
“İmmun sisteminin müəyyən xüsusiyyətləri və xəstəliyin ağır keçməsi halında ehtimal etmək olar ki, ömürlük immunitet formalaşa bilər”, - deyə R.Maksudov bildirib.
R.Maksudov qeyd edib ki, əgər insan koronavirusu ağır şəkildə keçiribsə, onda kifayət qədər immunitet formalaşmalıdır və buna görə də həmin xəstələrə vaksinasiya tələb olunmur. Xəstəliyin yüngül və simptomsuz keçirilməsi zamanı isə immunitet səviyyəsi o qədər də yüksək olmaya bilər, buna görə də COVID-19-un profilaktikası üçün vaksinasiyası tələb olunur.

27 sentyabr 2020
GO BACK