Qadin.NET / Salma Hayekin təbii görünüşü pərəstişkarlarını heyran qoydu

Salma Hayekin təbii görünüşü pərəstişkarlarını heyran qoydu

Meksika əsilli amerikalı aktrisa Salma Hayek kosmetikasız şəklini paylaşıb.
Qadin.Net bildirir ki, Lenta.ru-nun məlumatına görə, kadrlar onun “Instagram” hesabında yayımlanıb.
Fotoda aktrisanın ağarmış saçları da görünür.
“Müdrikliyin ağ birçəkləri”, - deyə o, paylaşımına şərh yazıb.
Şəkillər paylaşıldıqdan az müddət sonra 400 mindən artıq bəyənmə toplayıb. Pərəstişkarları aktrisanın təbii görünüşünə heyranlıqlarını bildiriblər.

27 sentyabr 2020
GO BACK