Qadin.NET / Sinan Akçıldan gözlənilməz etiraf

Sinan Akçıldan gözlənilməz etiraf

 Türkiyəli müğənni və bəstəkar Sinan Akçıl Armağan Çağlayanın “YouTube”da yayımlanan verilişinə qonaq olub.
Qadin.Net bildirir ki, “Haber Global” məlumat verir ki, səmimi açıqlamalar verən Akçıl son münasibətinə qədər şorgöz olduğunu deyib:
“Son münasibətimə qədər şorgöz olmuşam. İlk dəfə həyatımda bir nəfər var”.
Keçən ilin sentyabrında boşandığı Burcu Kıratlı ilə barışan sənətçi aralarında yaşananlara da aydınlıq gətirib: “Evləndik və boşandıq. İndi bir yerdəyik. Bizimki höcətlik olub”, - deyib.
Qeyd edək ki, Akçıl daha əvvəl Hadisə, Otilla və Ebru Şallı ilə də sevgili olub.

26 sentyabr 2020
GO BACK