“Bosch” şirkəti koronavirus yoluxmasını cəmi 39 dəqiqəyə göstərən yeni bir avtomatik test sistemini ərsəyə gətirib.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, hazırda PCR testlərinin ən sürətli variantı olan yeni sistem hava limanlarında, həmçinin avtomobil yollarının texniki xidmət stansiyaları ilə bağlı mobil test mərkəzlərində istifadə olunacaq.
Almaniyanın “R-Biopharm” biotexnoloji şirkətilə birgə hazırlanmış yeni test həm sürətli cavab verir, həm də istifadə baxımdan sadədir. Belə ki, cihaza taxılan test katriclərindən hər biri eyni vaxtda 5 nümunəni yoxlayır, müayinənin dəqiqliyi isə 98 faizdir.
İlin sonunadək yeni testlərin istehsalını 1 milyona çatdırmaq nəzərdə tutulur.