Qadin.NET / Ayılar 100 ildən sonra Çernobıla qayıtdılar

Ayılar 100 ildən sonra Çernobıla qayıtdılar

 

100 ildən artıq müddət sonra Ukraynanın Çernobıl zonasına ayılar qayıdıb, həmçinin canavar və vaşaq polulyasiyası əhəmiyyətli dərəcədə artıb.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Çernobıl zonasının tədqiqatçısı Sergey Qaşakın sözlərinə görə, nəhəng yırtıcının bölgəyə qayıtması bu ərazidə insan fəaliyyətinin, kənd təsərrüfatının yoxluğu ilə bağlı ola bilər.
“Demək olar ki, bütün ərazidə ayılara rast gəlmək olar. Ancaq sayları hələ çox deyil. Onlar miqrasiya ediblər, çox güman ki, Belarus ərazisindən bura gəlirlər”, - deyə tədqiqatçı bildirib.
Çernobıl zonasında bu heyvanların dəqiq sayı müəyyən edilməyib.
“Ukraynanın başqa heç bir yerində canavarların belə yüksək konsentrasiyası yoxdur, çünki insanlar bu heyvanları izləyirlər. Burada canavar populyasiyasının artmasına yeganə əngəl elə onların özləridir”, - S.Qaşak qeyd edib.

Ovlarının səmərəliliyinin yüksək olmasına görə, bu heyvanlar yarıac şəkildə yaşayır. Alimlər qeyd edir ki, canavarların hətta alma yeməsinə dair sübutlar da var.

26 sentyabr 2020
GO BACK