Qadin.NET / Aya bilet alan ilk vətəndaşın pulu geri qaytarılıb

Aya bilet alan ilk vətəndaşın pulu geri qaytarılıb

 

Avstryada kişiyə 1964-cü ildə Ay getmək üçün alınmış biletin pulu qaytarılıb.
Qadin.Net publlika.az istinadla xəbər verir ki, həmin il jurnalist Gerhart P. redaksiyanın tapşırığı ilə Vyana turist bürosuna yollanır. Nəticədə o, Aya bilet alaraq, dünyada bunu edən ilk adam olur. O, 500 şillinqə (36,50 avro) bilet bron edir.
Həmin vaxt büronun menecerləri bunu zarafat kimi qəbul etsələr də, ancaq alıcı ciddi olduğunu iddia edir və ona bilet satılır. Jurnalistə "Krater" hotelində otaq təklif edilir.
Gerhartdan sonra 93 min nəfər Aya bilet bron edir.
"1969-cu ildə mənə Ay turisti Nil Armstqonla görüşməyə belə icazə verildi. Ancaq mən ilk dəfə ödədiyim pulu bir daha görmədim", - deyə 83 yaşlı jurnalist bildirib.
Onu sözlərinə görə, o bu hadisəni çoxdan unutsa da, bir neçə həftə öncə yadına düşüb. Onun uçuşu ləğv edilib və onun üçün Vyana nəqliyyat idarəsində ona Aya bilet satmış İlza ilə görüş təşkil ediblər.

Jurnalistə biletə görə 50 avro miqdarında vauçer verilib.

26 sentyabr 2020
GO BACK