Qadin.NET / 160-dan çox ölkə bu qidaları QADAĞAN EDİB: alma, çörək, ət...

160-dan çox ölkə bu qidaları QADAĞAN EDİB: alma, çörək, ət...

 Dünyada bir çox qidanın müxtəlif ölkələrdə qadağan edilməsi kimi maraqlı ənənə mövcuddur.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, mütəxəssislər bu qidaların təhlükə saçdığını iddia edir.
Marqarin – trans yağ olduğu üçün Kanada, Danimarka və İsveçrədə qadağan edilib.
Taxıllı şirniyyatlar – Yulafdan hazırlanan bu çərəzlər Danimarkada təhlükə mənbəyi kimi görülür.
Toyuq – Avropa və İngiltərədə “xlorlu toyuq” kimi bilinən broyler toyuqların satışı 1997-ci ildən bəri qadağandır. 2010-cu ildə isə Rusiyada da qadağan edilib.
Soya sosu – Soya lobyalarının 82%-i genetik olaraq modifikasiya edildiyi üçün Rusiya və Bəsrə körfəzi ölkələrində qadağandır.
“Ractopamina” ilə hazırlanan ət - dana, hinduşka, qoç əti adətən heyvan yeminə qatılan bu qatqı maddəsi ilə istehsal olunur. Bu ətlər Avropa, Çin və Rusiya daxil olmaqla, 160 ölkədə qadağandır.
Çips – Kanada və Avropada qadağabdır. Tamamilə doymuş yağla hazırlanan bu qida ürək infarktına təşviq edir.
Alma – Beynəlxalq səyahətlər üçün ömrünün uzadılmasına görə DPA difenilamindən istifadə olunur. DPA xərçəngə səbəb olur. Avropada bu maddə ilə hazırlanan almalar qadağandır.
Jelatinli şirniyyatlar – Uşaqlar üçün son dərəcə təhlükəli olan və Avropa Komissiyası tərəfindən də təhlükəli qəbul edilən bu qida bu qitədə qadağandır.
Hazır kartof püresi – hazır məhsullarda butilhidroksianisol (ВНА, Е320) adlı qatqı maddəsi olduğundan Milli Səhiyyə İnstitutları zərərli dəyərləndirib. Yaponiya və bəzi Avropa ölkələrində istifadəsi qadağandır.
Çörək – Avropa və Avstraliyada tərkibində azodikarbonamid (ADA, E927) qoruyucu maddəsi olan çörək qadağandır. Unu ağartmaq üçün istifadə edilən bu maddə çörəyin uzun müddət təzə qalmasını təmin edir.

26 sentyabr 2020
GO BACK