Qadin.NET / Rejissor maska taxmadığı üçün filminin premyerasından qovuldu

Rejissor maska taxmadığı üçün filminin premyerasından qovuldu

Fransalı rejissor Ejen Qrin özünün “Atarrabi et Mikelats” filminin premyerasından qovulub.
Qadin.Net bildirir ki, bu barədə “Korrespondent” məlumat yayıb.
Hadisə San-Sebastyan kino festivalında baş verib. E.Qrinin akkreditasiyası ləğv edilib. Buna rejissorun maska qadağasını pozması səbəb olub. Belə ki, festivaldan əvvəl təşkilatçılar iştirakçıların və qonaqların koronavirus pandemiyası ilə əlaqədar maska taxmasını məcburi edib. Ejen Qrin isə bu qaydaya məhəl qoymayıb.
Təşkilat komitəsinin üzvlərinin E.Qrindən beş dəfə maska taxmasını istədiyi qeyd olunub.
Rejissor bütün hallarda mənfi cavab verib. Bundan sonra polis çağırılıb və rejissor zaldan çıxarılıb.
Həmçinin, rejissorun cərimələnməsi gözlənilir.

25 sentyabr 2020
GO BACK