Qadin.NET / Azərbaycanda nazirliyin 26 əməkdaşı koronavirusa yoluxub, biri ölüb - RƏSMİ

Azərbaycanda nazirliyin 26 əməkdaşı koronavirusa yoluxub, biri ölüb - RƏSMİ

“Pandemiya dövründə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 26 işçisi koronavirusa yoluxub”.
Bunu ETSN-nin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında nazirliyin İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Orxan Məhərrəmli bildirib.
Onun sözlərinə görə, həmin şəxslər xəstəxanada və ev şəraitində müalicəsini bitirib.
O qeyd edib ki, bir nəfər isə vəfat edib.

25 sentyabr 2020
GO BACK