Aktrisa Serenay Sarıkaya sosial şəbəkədə iş adamı Ali Koçla eşq yaşadığını iddia edən Kadir Çetinçalıyı məhkəməyə verib.
Qadin.Net axşam.az-a istinadə türk mediasına istinadən xəbər verir ki, Sarıkaya onunla bağlı "Bir qadın dərnəyinə yardım edərsə onu bağışlayaram" sözlərini deyib.
Məhkəmə Çetinçalını 1500 lirə cərimələyib. Pul isə xeyriyyə məqsədilə istifadə edilib.