Qadin.NET / Eskobarın xəzinəsi tapıldı

Eskobarın xəzinəsi tapıldı

Məşhur narkobaron Pablo Eskobarın qardaşı oğlu Nikolas Eskobar qohumuna aid xəzinə tapdığını elan edib.
Qadin.Net axar.az-a istinadən xəbər verir ki, bu barədə Kolumbiyanın “Red+” nəşri məlumat yayıb.
“Xəzinədə 30 ildir saxlanılan 18 milyon dollar, çap maşını, qızıl qələm, “Rolex” saatları var”, - N.Eskobar bildirib.
O, xəzinənin Kolumbiyanın Medelin şəhərində tapıldığını bildirib. Onun sözlərinə görə, bundan başqa xəzinədə qızıl külçələr, fotoaparat və avtomat patronları da aşkar olunub.

24 sentyabr 2020
GO BACK