Qadin.NET / Tolqa Karel yeni ev aldı

Tolqa Karel yeni ev aldı

 “Yaprak Dökümü” serialındakı Oğuz rolu ilə şöhrət qazanan türk aktyor Tolqa Karel ABŞ-ın Florida ştatında ev alıb.
Qadin.Net publika.az -a istinadən xəbər verir ki, 2016-cı ildə sürpriz şəkildə aktyorluq karyerasına son qoyaraq ABŞ-a gedən və yük maşını sürücüsü işləyən Karel yeni evinin fotolarını isntaqramında paylaşıb.
O paylaşımına bu sözləri yazıb: “Yeni evimiz... Xeyirli olsun. Gözəl xatirələrimiz olacaq övladlarımla. Bu qədər zəhmət, alın təri boş deyilmiş. Rəbbimə şükürlər olsun verdiyi hər nəfəs üçün”.
O, aylıq 8 min dollar pul qazandığını izləyicilərindən gizlətməyib.
41 yaşlı T.Karel hazırda Sara Skott adllı amerikalı qadınla evlidir və cütlüyün Mia və Kənan adlı 2 övladı var.
Xatırladaq ki, Karelin birinci evliliyi azərbaycanlı model Günay Musayeva ilə olub və onların Cahangir adlı bir oğlu var.

24 sentyabr 2020
GO BACK