Prezident İlham Əliyev "İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” 29 dekabr 2015-ci il tarixli qanununun tətbiqi barədə 15 fevral 2016-cı il tarixli fərmanına dəyişiklik edib.
Qadin.Net xəbər verir ki, dəyişikliyə əsasən, bundan sonra karantin rejiminin pozulmasına Daxili İşlər Nazirliyi və İqtisadiyyat Nazirliyi ilə yanaşı, Səhiyyə Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Turizm Agentliyi də baxacaq.