Qadin.NET / Azərbaycanda həssas əhali qruplarından olan abituriyentlərlə bağlı YENİLİK

Azərbaycanda həssas əhali qruplarından olan abituriyentlərlə bağlı YENİLİK

 “Gələcəkdə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan abituriyentlər sənəd qəbulu zamanı müəyyənləşdirilə bilər”.
Qadin.Net bildirir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.
Onun sözlərinə görə, hələlik həmin şəxslərin sayı barədə məlumat yoxdur:
“Biz ərizələri qəbul edən zaman abituriyentin FİN kodu vasitəsilə kimliyini yoxlayırıq”.
M.Abbaszadə əlavə edib ki, qəbul imtahanlarında ödənişli qəbul olunanların bir qisminin ödənişi dövlət hesabına həyata keçiriləcək:
“Bu, həmişə olub, amma bu ildən sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin övladları sənədlərini hazırlamalı və ali təhsil müəssisəsinə təqdim etməlidir. Bu zaman onların təhsil haqqı dövlət hesabına ödəniləcək”.

24 sentyabr 2020
GO BACK