Qadin.NET / Xarici dil imtahanlarında yenilik olacaq - AÇIQLAMA

Xarici dil imtahanlarında yenilik olacaq - AÇIQLAMA

 “Bu il buraxılış imtahanı zamanı Azərbaycan dili - Dövlət dili imtanında dinləyib-anlama bacarığını ləğv edib, daha qısa imtahan keçirdik”.
Qadin.Net xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.
Onun sözlərinə görə, gələn il üçün buraxılış imtahanında xarici dildən danışma qabiliyyətinin yoxlanılması nəzərdə tutulub:
“Hələlik biz bunu həyata keçirə bilməyəcəyik. Bunun üçün texniki və maliyyə vəsaiti tələb olunur. Bilirsiniz ki, indiki halda vəziyyət çətindir. Bu istiqamətdə təkmilləşdirmə gedəcək. Buna cəmiyyət də hazır olmalıdır”.
O qeyd edib ki, hazırda təlim-tədris prosesində də müəyyən müsbət dəyişikliklər var:
“Bizim üçün vacibdir ki, monitorinq imtahanları keçirək. Təəssüf ki, bu il pandemiya ilə əlaqədar 5-6-7-8i-c siniflərdə də monitorinq imtahanları keçirə bilmədik”.

24 sentyabr 2020
GO BACK