Qadin.NET / Zeyn Malik və Cici Hadidin qızı doğuldu - FOTO

Zeyn Malik və Cici Hadidin qızı doğuldu - FOTO

 Amerikalı supermodel Cici Hadidin qızı dünyaya gəlib.
Bu barədə o, özünün “Instagram” hesabında xəbər verib.
25 yaşlı modelin paylaşdığı fotoda əri - məşhur ifaçı Zeyn Malikin və körpənin əli əks olunub.
“Qızımız bu bazar bizə qoşulub və artıq dünyamızı dəyişib. Aşiq olmuşam”, - deyə o, fotoya şərh yazıb.
Malik özü də “Instagram” hesabından qızının əlinin fotosunu paylaşıb.
Qeyd edək ki, modellər barədə son zamanların ən çox müzakirə olunan xəbərlərindən biri Cici Hadidin uşaq dünyaya gətirib-gətirməməsi ilə bağlı olub. Super model Bella Hadid söz-söhbətlərə son qoymaq üçün hamilə bacısı ilə şəklini paylaşmışdı.

Zeyn Malik və Cici Hadidin qızı doğuldu  - FOTO
24 sentyabr 2020
GO BACK