Qadin.NET / Dünyanın ən kiçik “Rubik Kubu” nümayiş olunub

Dünyanın ən kiçik “Rubik Kubu” nümayiş olunub

 Yaponiyada dünyanın ən kiçik “Rubik Kubu” nümayiş olunub.
Qadin.Net bildirir ki, bu barədə “Kyodo” agentliyi xəbər yayıb.
1,9 min dollar dəyərində qiymətləndirilən kubun hər tərəfinin uzunluğu 9,9 mm-dir.
Oyuncağı “Megahouse Corporation” şirkəti “Iriso Seimitsu Co.” metal məhsulları emalatxanası ilə əməkdaşlıq edərək yaradıb. Bu emalatxana dünyanın ən kiçik zərini və 0,1 mm bölünmə ilə xətkeşini hazırlamaqla məşhurdur.
“Rubik Kubu” 1974-cü ildə heykəltəraş Erne Rubik tərəfindən yaradılıb. Bu ixtira ümumi satış həcminə görə oyuncaqlar arasında lider sayılır.

24 sentyabr 2020
GO BACK