Moda bir yerdə qərar tutmur və hər müasir geyim dizayneri qeyri-adi yenilikləri ilə alıcıları heyran qoymağa çalışır.
Qadin.Net bildirir ki, Kp.ru xəbər verir ki, qarşıdan gələn 2020/21 payız-qış mövsümü üçün kişi kolleksiyası artıq “Gucci” markasının rəsmi onlayn mağazasında peyda olub.
Ekoloji təmiz materialdan hazırlanmış şalvarın qeyri-adi dizaynı “grunge” üslubundan ilhamlanıb. İstehsalçı bunun maraqlı “palçıq illüziyası” yaratdığına diqqət çəkib.
“Çirkli və aşılanmış” cinsin qiyməti 600 funt sterlinqdir (1 297 AZN).
Marka eyni dizaynla kombinezon da buraxıb.