Qadin.NET / İngiltərədə “super yoluxduran” qadın

İngiltərədə “super yoluxduran” qadın

İngiltərədə “super yoluxduran” qadın
Londondan Hanoy şəhərinə gedən Nga Nguyen adlı iş qadını Vyetnam Hava Yollarına məxsus bir reysdə sərnişinlərə koronavirus yoluxdurub.
Qadin.Net bildirir ki, “HaberGlobal”ın məlumatına görə, bu, Böyük Britaniyada aparılan araşdırmalar zamanı üzə çıxıb.
Gənc qadının səyahət yolunu izlədikdə, onun “super yoluxduran” olduğu müəyyən edilib. Belə ki, tədqiqatlar zamanı qadının təyyarədə ümumilikdə 14 sərnişin və iki heyət üzvünə koronavirus yoluxdurduğu ortaya çıxıb.
Bundan başqa, 27 yaşlı biznes-ledinin koronavirus testinin cavabı müsbət çıxmazdan əvvəl “Gucci” və “Saint Laurent” podiumlarına qatıldığı bildirilir.
Hesabat dərc olunandan sonra moda həftələrinə qatılan yüzlərlə insan Milan və Parisdən qayıtdıqdan sonra karantinə alınıb.

23 sentyabr 2020
GO BACK