Qadin.NET / Övladlığagötürmə ilə bağlı YENİLİK: 480 manat ödəniləcək

Övladlığagötürmə ilə bağlı YENİLİK: 480 manat ödəniləcək

Övladlığagötürmə ilə bağlı YENİLİK: 480 manat ödəniləcək
“0-18 yaş arası sağlamlıq imkanları məhdud uşaqları övladlığa götürən ailələrə aylıq müavinət nəzərdə tutulur”.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Facebook” səhifəsində “Sosial Saat” verilişi zamanı Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə və valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdiri Cavid Şahmalıyev bildirib.
Onun sözlərinə görə, layihə Milli Məclisə təklif olunub:
“Həmin şəxslərə ödəniləcək aylıq məbləğ 480 manat təşkil edəcək”.
C.Şahmalıyev bildirib ki, üç yaşdan yuxarı uşaqları övladlığa götürənlər barədə də təkliflər var:
“Həmin ailələrə aylıq 160 manat dəstək veriləcək. Həmçinin, bu uşaqların səhiyyə, təhsil xərclərinin dövlət tərəfindən qarşılanması təklif edilir”.

24 sentyabr 2020
GO BACK