Qadin.NET / “Marşal Planı”ndan istifadə təklif edildi

“Marşal Planı”ndan istifadə təklif edildi

Böyük Britaniyada Uels şahzadəsi Çarlz maraqlı təklif irəli sürüb.
Qadin.Net bildirir ki, CNBC xəbər verir ki, o, “Marşal Planı”nın analoqunu yaratmağı təklif edib.
Şahzadə qeyd edib ki, koronavirus pandemiyası və digər beynəlxalq səhiyyə böhranları birbaşa qlobal bioloji sistemdəki pozuntuların nəticəsidir:
“Dərhal tədbir görülməsə, planetimizdə mavi-yaşıl rəngin bərpası üçün imkanları əldən verəcəyik”.
Şahzadə Çarlzın sözlərinə görə, mümkün yeganə həll yolu təbiət, insanlar və planet üçün qlobal “Marşal Planı”nın qəbul edilməsidir.
“Marşal Planı” ABŞ-ın İkinci Dünya müharibəsidən sonra, 1948-ci ildə Qərbi Avropaya yardımı üçün qəbul edilmiş plandır.

24 sentyabr 2020
GO BACK