Qadin.NET / Azərbaycanda COVID-19 vaksinlərinin ilk olaraq kimlərə vurulacağı bilindi

Azərbaycanda COVID-19 vaksinlərinin ilk olaraq kimlərə vurulacağı bilindi

 Azərbaycanda koronavirusa görə vaksinlərin ilkin olaraq kimlərə vurulacağı açıqlanıb.
Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının SARS-CoV-2 virusuna qarşı vaksinasiya məsələləri ilə bağlı iclasında deyib.
O qeyd edib ki, kimlərin vaksinasiya olunması ilə bağlı risk qrupları müəyyən edilib:
“Yəqin ki, bu həftəsonu strategiya hazırlanacaq və ictimaiyyətə açıqlanacaq. Risk qrupuna səhiyyə işçiləri, əhali ilə sıx təmasda olan hüquq-mühafizə orqanları əməkdaşları, eyni zamanda, yanaşı xəstəliyi olan şəxslərə, dializ xəstələri, şəkərli diabet xəstələri, ürək qan-damar xəstəlikləri, böyrək çatışmazlığı və digər xəstəliyi olan şəxslər daxildir”.
O əlavə edib ki, vaksinasiya könüllü xarakter daşıyacaq.

TƏBİB sədri vurğulayıb ki, vaksinlərin tətbiqi zamanı istehsalçının tövsiyələri nəzərə alınacaq:

“Biz hesab edirik ki, aşağı yaşlılara, reproduktiv dövrdə olanlara vurulmasın. 65 yaşdan yuxarı insanlar risk qrupuna daxil olduğu üçün bu yaşdakı insanlara vaksinlərin vurulması məqsədəuyğundur.

Ancaq istehsalçının tövsiyələri nəzərə alınacaq. Yəni biz istehsalçının tövsiyələri ilə milli strategiyanı nəzərə alıb qərar qəbul edəcəyik”.

23 sentyabr 2020
GO BACK