Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 146 yeni yoluxma
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 146 yeni yoluxma faktı qeydə alınıb, 173 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış iki nəfər vəfat edib.
Aktiv xəstə sayı 1822 nəfərdir.
Ölkədə son sutka ərzində 8780 test aparılıb