Qadin.NET / Kütləvi zəhərlənmə qeydə alınan imtahan yenidən nə vaxt keçiriləcək? - AÇIQLAMA

Kütləvi zəhərlənmə qeydə alınan imtahan yenidən nə vaxt keçiriləcək? - AÇIQLAMA

Kütləvi zəhərlənmə qeydə alınan imtahan yenidən nə vaxt keçiriləcək? - AÇIQLAMA
“Yüksəliş” müsabiqəsinin əyani imtahan mərhələsinin oktyabrda keçirilməsi nəzərdə tutulur.
Qadin.Net bildirir ki, bunu açıqlamasında “Yüksəliş” İctimai Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Aliyə Əliyeva bildirib.
O qeyd edib ki, imtahan gələn ayın ilk həftəsində keçirilə bilər:
“Yaxın günlərdə dəqiq tarix bilinəcək”.
A.Əliyeva əlavə edib ki, hazırda Qida Təhlükəsizliyi Agentliyi və müvafiq strukturlar tərəfindən baş vermiş hadisənin səbəbləri araşdırılır:
“Yekun rəyi gözləyirik”.
Qeyd edək ki, sentyabrın 12-də “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin saat 15:00-da başlayan ikinci imtahanında 24 mərkəzdən beşində qidadan zəhərlənmə halı qeydə alınıb.

23 sentyabr 2020
GO BACK