Qadin.NET / Rusiyada koronavirusa qarşı daha bir peyvənd test ediləcək

Rusiyada koronavirusa qarşı daha bir peyvənd test ediləcək

Rusiyanın Səhiyyə Nazirliyi koronavirusa qarşı başqa bir yerli peyvəndin klinik sınaqlarına icazə verib.
Qadin.Net bildirir ki, Vesti.ru xəbər verir ki, dərman Rusiya Elmlər Akademiyasının Çumakov adına Federal Elmi Mərkəzində hazırlanıb.
Qeyd olunur ki, yaxın gələcəkdə Kirov, Sankt-Peterburq və Novosibirskdə könüllülər üzərində sınaqlara başlanılacaq.
ÜST-ün (Ümumdünya Səhiyyə Təşkilatı) tələblərinə cavab verən araşdırmada üç mindən çox insanın iştirakı planlaşdırılır.
Hazırda Rusiyada Qamaleya Tədqiqat Mərkəzində hazırlanan “Sputnik V” peyvəndi var. Bundan əlavə, “Vektor” laboratoriyasında Novosibirsk alimləri tərəfindən yaradılan dərman klinik sınaqlardan keçir. Ümumilikdə, Rusiyada koronavirusa qarşı 20 növdən çox peyvənd hazırlanır.

22 sentyabr 2020
GO BACK