Qadin.NET / Zirəkliyi ilə timsahı çaş-baş qoyan tısbağa sosial şəbəkədə böyük maraq yaratdı

Zirəkliyi ilə timsahı çaş-baş qoyan tısbağa sosial şəbəkədə böyük maraq yaratdı

 Sosial şəbəkələrdə tısbağanı udmağa çalışan, amma cəhdi uğursuz alınan timsahla bağlı video virus kimi yayılıb.
Qadin.Net bildirir ki, Esquire.ru-nun məlumatına görə, kadrlar Cənubi Karolinada qeydə alınıb.
Video müəllifinin sözlərinə görə, görüntüləri evinin arxa həyətində çəkib.
Kadrlardan görünür ki, timsah tısbağanı udmağa çalışır, amma o, yırtıcının ağzından sürüşüb çıxır, sonra isə tullana-tullana qaçır.
İstifadəçilər tərəfindən böyük maraqla qarşılanan video “Twitter”də yayımlanandan sonra 15,3 milyon baxış toplayıb.


22 sentyabr 2020
GO BACK