Qadin.NET / Arvadının 8 il həbsini tələb edir

Arvadının 8 il həbsini tələb edir

Arvadının 8 il həbsini tələb edir
Keçmiş futbolçu Emre Aşık boşanma ərəfəsində olduğu həyat yoldaşı Yağmur Aşık Sarnıçı polisə şikayət edib.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, Emre boşanma ərizəsi yazdığı gün Yağmurun çalışdığı otelə gələrək onun "Emrenin "e"si belə qalmayacaq. Türkiyədə səni bitirəcəm" sözlərini dediyini iddia edib.
Sarnıçın otelə gəldiyi ərəfədə ona əngəl olmaq istəyən məkanın müdiri Gökhan Ersözü təhqir etdiyi də şikayət arasında yer alıb.
Emre məhkəməyə gedərək qoruma qərarı çıxarılmasını istəyib. Sarnıçın 3 ay ona yaxın durması qadağan edilib. Futbolçu arvadının 8 ilə qədər həbsini istəyib.

22 sentyabr 2020
GO BACK