Qadin.NET / Azərbaycanda daha bir nəfər koronavirusdan öldü: 92 yeni yoluxma

Azərbaycanda daha bir nəfər koronavirusdan öldü: 92 yeni yoluxma

 Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 92 yeni yoluxma faktı qeydə alınıb, 81 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış bir nəfər vəfat edib.
Aktiv xəstə sayı 1868 nəfərdir.
Ölkədə son sutka ərzində 3011, hazırkı dövrədək isə 1 057 803 test aparılıb

21 sentyabr 2020
GO BACK