"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanuna əsasən, hərbi vəzifəlilər ehtiyatda olduqları vaxtda planlı şəkildə hərbi təlimə çağırılırlar.
Qadin.Net axar.az-a istinadən xəbər verir ki, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi mayor Füzuli İsmayılov deyib.
O qeyd edib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əsas vəzifəsindən biri olaraq ehtiyatda olan hərbi vəzifəlilərin bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün hərbi təlim toplanışına çağırılması bundan əvvəlki dövrlərdə də həyata keçirilib:
"Hazırda da ehtiyatda olan hərbi vəzifəlilərin hərbi təlim toplanışları bu plan üzrə həyata keçirilir. Bir daha xatırladırıq ki, qanunvericiliyə əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilər çağırılıb və hərbi hissələrə yola salınıb.
Əhaliyə və ictimaiyyətə müraciət edirik ki, hərbi təlim toplanışlarına ehtiyatda olan hərbi vəzifəlilərin çağırılması heç bir təşviş üçün əsas vermir. Bir daha qeyd edirik ki, bu təlim toplanışı plana uyğun şəkildə həyata keçirilir".