Qadin.NET / Alimlər ŞOKDA: Ayın səthi pasla örtülür

Alimlər ŞOKDA: Ayın səthi pasla örtülür

 

Hind alimləri Ayın səthində pas aşkar ediblər.
Qadin.Net publika.az -a istinadən xəbər verir ki, açıqlamaya görə, belə hadisə Yerin və Marsın səthində tez-tez müşahidə olunur, amma Ayda ilk dəfə aşkar edilib.
Alimlər Yerin təbii peykinin səthində dəmirin, oksigenin və suyun reaksiyası zamanı yaranan dəmir oksidi və ya hematit də daxil olmaqla, bir sıra minerallar aşkarlayıblar. Ancaq Ayda su yalnız buz formasında və çox az miqdarda mövcuddur.
Tədqiqatçıların fikrincə, pas Günəş küləyinin sayəsində Ayda yaranıb.
Aya vaxtaşırı meteoritlərin düşməsi ilə bağlı fərziyə irəli sürülüb. Qeyd edilir ki, meteoritlər peykin səthində su molekullarını azad etməyə təsir göstərir, sonra kimyəvi reaksiya başlayır.

21 sentyabr 2020
GO BACK