Qadin.NET / Bakının iki rayonunda mənzillərin qeydiyyatı üzrə növbəti sənəd qəbulu keçiriləcək

Bakının iki rayonunda mənzillərin qeydiyyatı üzrə növbəti sənəd qəbulu keçiriləcək

 Bakı şəhərinin iki rayonunda mənzillərin qeydiyyatı üçün növbəti səyyar sənəd qəbulunun keçiriləcəyi ünvanlar açıqlanıb.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, istismarına icazə verilən yeni çoxmənzilli binalardakı mənzillər üçün növbəti səyyar sənəd qəbulu sentyabrın 21-də Bakı şəhəri, Nərimanov rayonu, 1937-ci məhəllə, Ə. Əliyev küçəsi, 8 ünvanında, sentyabrın 23-də Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M. Fətəliyev küçəsi, 4001-4010-cu məhəllə ünvanında, sentyabrın 25-də isə Bakı şəhəri, Nərimanov rayonu, Y.V. Çəmənzəminli küçəsi 16, 933-cü məhəllə ünvanında keçiriləcək.
İyulun 24-dən bərpa olunan səyyar sənəd qəbulu prosesi çərçivəsində artıq 19 ünvanda səyyar qəbul aparılıb.
Vətəndaşların mənzillərə aid mülkiyyət hüququnu təsdiq edən sənədin (çıxarışın) hazırlanması 15 iş günü ərzində təmin edilir.

21 sentyabr 2020
GO BACK