ABŞ Prezidenti Donald Trampa zəhərli risin maddəsi olan bağlamanı göndərən qadın olub.
Bu barədə CNN hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Polislər silahlı qadını Nyu-York ştatında saxlayıblar. Tezliklə onun barəsində ittiham irəli sürüləcək.
Adı açıqlanmayan qadının ABŞ-ın gömrük və sərhəd xidmətlərinin əməkdaşları tərəfindən “Sülh körpüsü” keçid məntəqəsində saxlanıldığı bildirilir.
Ağ Evə zəhərli risin maddəsi göndərən qadın ABŞ-dan Kanadaya keçmək istəyib.