Qadin.NET / Məşhur aktyor boşandı

Məşhur aktyor boşandı

 Türkiyəli aktyor Atılqan Gümüş 16 illik həyat yoldaşı Verda Gümüşdən boşanıb.
Qadin.Net bildirir ki, bununla bağlı "Hürriyet.com.tr" məlumat yayıb.
Cütlüyün boşanması haqqında qərar İstanbul Ailə Məhkəməsində verilib.
Cütlük boşanarkən qarşılıqlı razılaşmaya imza atıb. Anlaşmaya əsasən, cütlüyün 15 yaşlı övladı anası ilə qalacaq, aktyor bunun üçün 4 500 lirə (təxminən 1000 AZN - red.) aliment ödəyəcək.
Məhkəmə prosesi 15 dəqiqə davam edib. Cütlüyün boşanma səbəbi açıqlanmayıb.

21 sentyabr 2020
GO BACK