Qadin.NET / Kristina Agileradan gözlənilməz açıqlama

Kristina Agileradan gözlənilməz açıqlama

Dünyaca məşhur müğənni Kristina Agilera 2003-cü ildə "Mtv VMA" mükafatlarının verilməsi gecəsində həmkarı Madonna ilə öpüşməsi səhnəsindən danışıb.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, uzun müddət müzakirələrə səbəb olan çıxış haqda sənətçi ilk dəfə aparıcı və musiqiçi Zeyn Lounun verilişində söhbət açıb:
"Həmin ərəfədə bu mənim üçün təəccübləndirici deyildi. Heç indi də buna şok olmuram. İfrat dərəcəsində bir şey olsaydı, başqa məsələ. Sözün düzü, həmin səhnə haqda düşünmürdüm. Bəli, iki qız öpüşür, burada nə var ki?"
Qeyd edək ki, mükafatlandırma mərasimindəki çıxışda Madonna Britni Spirs, Kristina Agilera və Miss Elliot ilə birlikdə "Like A Virgin" mahnısını oxumuşdular. Tamaşaçılar şounun sonunda müğənnilərin öpüşməsinə çox təəccüblənmişdilər.

21 sentyabr 2020
GO BACK