Təcavüz və cinsi zorakılıqda təqsirləndirilərək 23 il müddətində azadlıqdan məhrum edilən məşhur Hollivud prodüseri Harvi Vaynşteynə verilən şərəf ordeni Britaniya kraliçası II Yelizaveta tərəfindən geri alınıb.
Qadin.Net xəbər verir ki, "The Gazette"n nəşrinin yaydığı məlumata görə, kraliça prodüserə 2004-cü ilin 29 yanvar tarixində kino sənayesinə verdiyi töhfələrə görə təqdim edilən nişanın ləğv edilməsi barədə sərəncam verib.