Taylandın paytaxtı Banqkokda “Khao Yai” milli parkında ziyarətçilərin ətrafa atdığı zibillərin onların evlərinə göndəriləcəyi açıqlanıb.
Qadin.Net bildirir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Bu məsələdə park rəhbərliyinə polislər də yardım edəcək. Ünvanları müəyyən edilən şəxslərə atdıqları zibil karqo vasitəsilə geri göndəriləcək.
öndərilən hər bir bağlamada “bunları Khao Yai Milli Parkında unutmusunuz” qeydi yazılacaq.