Qadin.NET / İkinci dalğa başladı: Ölkə sərt karantinə gedir

İkinci dalğa başladı: Ölkə sərt karantinə gedir

 Böyük Britaniyada koronavirus pandemiyasının ikinci dalğasının başlayıb.
Qadin.Net “İnterfaks”a istinadla xəbər verir ki, bu barədə Baş nazir Boris Conson məlumat verib.
Baş nazir deyib ki, ikinci dalğa qaçılmazdır:
"Ölkədə daha sərt karantin tədbirlərinin həyata keçirilməsini istəmirəm. Amma bu son çarədir. Məktəblərin yenidən normal fəaliyyət göstəməsi yaxşı haldır. İqtisadiyyatımızı mümkün qədər açıq saxlamaq istəyirik. Ancaq bunun üçün xalqımızın qanunlara tabe olması lazımdır”.
Bildirək ki, üç mərhələli məhdudlaşdırmanın tətbiq olunduğu ölkədə, birinci mərhələ insanlar arasında sosial məsafə qaydalarının qorunmasıdır.
İkinci mərhələni ev görüşlərinə, restoran, kafe və barlara qoyulan məhdudiyyətlər təşkil edir.

Üçüncü mərhələdə isə sərt karantin rejiminin tətbiqi nəzərdə tutulub.

Xatırladaq ki, Böyük Britaniyada 381 min 614 nəfər bu virusa yoluxub, 41 min 705 nəfər isə həyatını itirib.

19 sentyabr 2020
GO BACK