Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğanın kitabı çap olunacaq.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, Ə.Ərdoğan türk mətbəxinin zənginliyini beynəlxalq məcralarda tanıtmaq üçün qastronomiya mövzulu kitab hazırladığını açıqlayıb.
“Əsrlik reseptlərlə türk mətbəxi” adlı kitabın 2021-ci ilin ilk günlərində oxuculara təqdim edilməsi planlaşdırılır.
Ə.Ərdoğan tvitter hesabından verdiyi açıqlamada öz sahələrində mütəxəssis akademiklər və şeflərlə kitab üçün görüşdüklərini bildirib: “Töhfələri üçün onlara təşəkkür edirəm. Sağlam, ənənəvi və israf olmayan reseptlərlə mədəniyyət kodlarımızı da özündə ehtiva edəcək bu əsər əvvəlcə türk və ingiliscə, daha sonra müxtəlif dillərdə yayımlanacaq”.