Planetin ən uzunömürlü insanı olaraq adı Ginnesin rekordlar kitabına salınan yaponiyalı Kane Tanakanın 117 yaş 226-cı günü tamam olub.
Bu barədə Yaponiyanın NHK telekanalı məlumat yayıb.
O, bu göstərici ilə hazırda həyatda olmayan digər yaponiyalı Nabi Tajimayanın rekordunu təzələyib.
Kane Tanaka adlı qadın 1903-cü il yanvarın 2-də Tokioda anadan olub.
O, 1922-ci ildə ailə qurub, dünyaya dörd uşaq gətirib.
Qeyd edək ki, Yaponiya uzunömürlülərin sayına görə dünya lideri sayılır.