Qadin.NET / 84 yaşlı qadından qorxan ayı qaçdı

84 yaşlı qadından qorxan ayı qaçdı

84 yaşlı qadından qorxan ayı qaçdı
Rusiyanın Yakutiya vilayətində yaşlı qadın ayını qorxudaraq qovub.
Qadin.Net bildirir ki, bu barədə “SakhaDay” xəbər yayıb.
84 yaşlı Anna İvanovna Dyaçkovskaya giləmeyvə yığarkən qarşısına ayı çıxıb.
Keçmiş ovçu bu zaman nə özünü itirib, nə də qaçıb. O, qəzet yandırıb, ayı nərə çəkdikcə, o da nərə çəkib, bağırdıqca, qadın da bağıraraq ayını qorxudub. Bundan sonra ayı həmin yerdən uzaqlaşıb.
Qadın hadisə ilə bağlı stres keçirdiyindən jurnalistlərə ətraflı məlumat verə bilməyib.

19 sentyabr 2020
GO BACK