İtmiş oğullarına 38 ildən sonra qovuşdular
Çində yaşlı valideynlər 38 il əvvəl oğurlanan oğullarına qovuşub.
Qadin.Net bildirir ki, bu barədə “Daily Mail” xəbər yayıb.
Məlumata görə, 1982-ci ilin mayın 12-də Şensi əyalətində yaşayan ailənin iki yaşlı oğulları itkin düşüb. Həmin gecə ailə başçısı Su Binde qohumugilə yollanmışdı. O, gecə qayıdacağını düşünərək arvadı, oğlu və qızı olan evin qapısını bağlamayıb. Səhər tezdən isə qadın yanında yatan oğlu Tszin Şuyun itdiyini görüb. Uşağın axtarışına bütün kənd qatılsa da, onu tapa bilmirlər.
Ata uşağını tapmaq ümidi ilə qonşu şəhərlərə də getmək məcburiyyətində qalır. O, yol puluna qənaət etmək məqsədi ilə səfərlərin çoxunu piyada həyata keçirib. Ruh düşkünlüyü yaşayan ananın psixikasında pozuntular başlayıb.
Yerli polis araşdırmalara başlasa da, heç bir nəticə əldə etmir.
Onlar milli məlumat bazasında DNT analizlərini tutuşdurduqdan sonra onu aşkarlayıblar. Artıq 40 yaşı olan Tszin Şuy valideynlərindən 1000 km uzaqda arvadı və iki övladı ilə yaşayırmış. Onun adı dəyişdirilərək Li Quolin olub.
Qeyd edilir ki, Çində insan alveri ən böyük problemlərdən biridir. Hesablamalara görə ölkədə hər il müxtəlif yaşlarda 70 mindən artın uşaq oğurlanır və satılır
38 il sonra polis 70 yaşlı valideynləri oğullarının tapdığı xəbərini verib.