Çində heyvanlar üçün peyvənd istehsal edən müəssisədə qaz sızması nəticəsində minlərlə insan bakterial xəstəliyə yoluxub.
“Daily Mail” tibb işçilərinə istinadla xəbər verir ki, 2,9 milyon əhalisi olan Lançjouda 3 245 nəfər burselyoz xəstəliyinə tutulub.
Sözügedən şirkətin peyvənd istehsalı lisenziyası ləğv edilib.
Zərərçəkənlərə oktyabr ayına qədər təzminat ödənəcəyi bildirilib.